
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Misir yığmasına 1:3 hesabı ilə uduzan Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, G qrupunda baş tutan görüşün ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Bu, üzücü nəticədir. İlk yarıda çox yaxşı çıxışla yadda qaldıq. Topu özümüzdə saxladıq və çox sayda qol fürsətləri yaxaladıq. İkinci hissədə də yaxşı oynayacağımızı təxmin edirdik. Amma fasilədən sonra tempə uyğunlaşa bilmədik. Rəqib sürəti artırdı və ilk hissədəki kimi oynamağımıza imkan vermədi. Yekunda uduzaraq məyus olduq.
Biz hələ də tarix yazmağın bir addımlığındayıq. Növbəti görüşdə Belçika seçməsini yenməli olduğumuzu bilirik".
Xatırladaq ki, ABŞ, Meksika və Kanada keçirilən DÇ-2026 iyunun 11-də start götürüb. Mundialdakı mübarizə iyulun 19-da başa çatacaq. Son dünya çempionu Argentina yığmasıdır.
Toğrul