
1-ci Liqanın 16-cı turu çərçivəsində dünən Şamaxıda "Difai"ni 8:1 hesabı ilə darmadağın edən "Şəfa" xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində şəriksiz lider mövqeyini geri qaytardı. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Futbolçularımıza təşəkkür edirəm. Çox intizamlı və inamlı oynadılar. Son oyunlarda qol fürsətlərindən yararlana bilmirdik deyə psixoloji gərginlik var idi. Bəzi oyunçularımız bir neçə oyun idi qol vurmurdular. Bu baxımdan futbolçulara inam gəlməsi yaxşı bir haldır. Qələbə qazanacağımıza inanmamaq da, belə hesab gözləmirdim. Çünki ilk dövrədə bu rəqiblə heç-heçə etmişdik. Həmin oyunda yaxşı müdafiə olunmuşdular. "Difai" son matçlarda da inamli təsir bağışlayırdı. Onlara da qarşıdakı oyunlarda uğurlar arzu edirəm".
Toğrul