
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin hazırda davam edən cavab oyunununda "Bayern Münhen"in qapısına erkən qol vuran Arda Güler klubunun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 35-ci saniyədə hesabı açan türkiyəli yarımmüdafiəçi İspaniya nəhənginin forması ilə ÇL-də ən erkən qol vuran futbolçu olub.
Qitənin ən nüfuzlu turnirində ən erkən qol müəllifi isə "Bayern Münhen" forması ilə 1/8 finalda "Real"ı məyus etmiş Roy Makaaydır. 2007-ci ilin 7 mart tarixində qeydə alınıb. Niderlandı "kral klubu"nun qapısına görüşün 11-ci saniyəsində (10.12) yol tapıb.
Nihat