
"Qarabağ"ın zədəli mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin son vəziyyəti bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Azərbaycan millisinin futbolçusu artıq fərdi məşqlərə başlayıb.
Onun komandanın yay toplanışında iştirak edəcəyi gözlənilir.
Mustafazadə "Nyukasl"la Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında zədələnmiş, sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən əməliyyat edilmişdi.
Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 24 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat