
“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının “Neftçi” klubu ilə 30-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
"Oyuna bağlı çox danışmağa lüzum görmürəm. Evdə oynayırdıq deyə daha yaxşı olacağını düşünürdük. Mövqe səhvindən qol buraxmağımız oyunumuza çox təsir etdi. İkinci qol komandaya psixoloji təsir etdi. Nə imkanımız varsa, sona qədər mübarizə aparacağıq. "Neftçi"ni təbrik edirəm."