
"Şamaxı"nın yarımmüdafiəçisi Andrey Tirkoveanu cari mövsümün sonunda iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən ilin yanvarında heyətə qatılan rumın futbolçu ilə bir neçə Azərbaycan təmsilçisi maraqlanır.
Bunlar "İmişli", "Kəpəz" və "Sumqayıt"dır. Texniki hazırlığı, hücum qurmaq bacarığı ilə seçilən 28 yaşlı futbolçu daha yüksək maaş qarşılığında "aslanlar"la vidalaşmağa hazırdır. "Şamaxı"nın mövqeyinə gəlincə, klub orta xətt oyunçusunu heyətdə saxlamaq istəyir, lakin bunun üçün özünü yaxşı tərəfdən göstərən Tirkoveanunun maaşını artırmaq lazım gələcək. Rəhbərlik müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq legionerlə danışıq aparsa da, hələ "hə" cavabı almayıb.
Xatırladaq ki, yanvardan bəri "bənövşəyilər"in sıralarında 17 Premyer Liqa matçına çıxan Andrey 2 qolla yadda qalıb. O, Bizon Azərbaycan Kubokunda da 2 görüşdə iştirak edib.
Toğrul