
"Qarabağ" növbəti transferini gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Zakaria Savo “Qarabağ”a keçib.
26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən “Yurqorden”də top qovan forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarşamns AIK”, Norveçdə “Start”, Kiprdə “Aris”də çıxış edib.
Qeyd edək ki, Savo yay transfer pəncərəsində "Qarabağ" qoşulan ikinci futbolçudur. Onadək Jali Muaddibin keçidi rəsmiləşmişdi.