
"Şamaxı"nın bumövsümkü heyəti qarşıdakı "futbol ili"ndə yenidən qurulacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar"ın baş məşqçi postunu tərk edən Ayxan Abbasovu əvəzləyəcək Azər Bağırovun sərəncamında "köhnə qvardiya"dan 4 legioner qalacaq.
Bunlar qapıçı Rikardu Fernandeş, müdafiəçilər - David Santos və Rikardu Apolinariu, eləcə də cinah hücumçusu Dioqu Balaudur. Qalan oyunçulardan özü getmək istəyən və artıq "bənövşəyilər"lə əməkdaşlığa son qoyduğu rəsmən açıqlanan isveçrəli hücumçu Karim Rossini çıxmaq şərti ilə heç biri Bağırovun gələcək planlarına daxil deyil.
Toğrul