
Belçika millisinin və "Fənərbağça"nın sabiq baş məşqçisi Domeniko Tedeskonun yeni iş yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Bolonya"nın "sükanı arxası"na keçib.
Məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.
Daha öncə tanınmış insayder Fabritsio Romano tərəflərin 2 illik müqavilə bağlamağa hazırlaşdıqlarını bildirmişdi.
40 yaşlı Tedeskonun əvvəlki iş yeri ötən aprelin 27-də qovulduğu "Fənərbağça" olub.
"Bolonya" geridə qalan mövsümü İtaliya A Seriyasının turnir cədvəlinin 8-ci pilləsində başa vurub.
Nihat