
"Sabah" kapitanı Amin Seydiyevlə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı Masazır təmsilçisinin mətbuat xidməti yayıb.
27 yaşlı müdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib.
"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur. O, 2020-ci ildən formasını geyindiyi "bayquşlar"ın heyətində 186 matça çıxaraq 7 qolla yadda qalıb.