
Son mövsümü elitanı tərk edən "Karvan-Yevlax"da keçirən yarımmüdafiəçi Vadim Abdullayevin karyerasını harada davam etdirəcəyi müəyyənləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Şamaxı" maraqlıdır.
Vadimin "aslanlar"a qoşulub-qoşulmayacağı hələ dəqiqləşməsə də, tərəflərin müqavilə bağlamaq ehtimalı yüksəkdir. Belə ki, məhdud büdcə ilə mübarizə aparan Şamaxı təmsilçisinin təklif etdiyi maaşdan daha artığını verən olmasa, onu yeni mövsümdə "bənövşəyilər"in sıralarında görəcəyik.
Xatırladaq ki, "Şamaxı" "Kəpəz"dən ayrılan Azər Bağırova tapşırılıb.
Nihat