
Yeni mövsümdə çempionluğu hədəfləyən "Səbail" heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Son olaraq "Mingəçevir"in formasını geyinmiş Kənan Quliyevlə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 26 yaşlı Kənan əvvəlki illərdə də "Səbail"in uğurları üçün çalışıb.