
Hücumameyilli yarımmüdafiəçi Ruslan Hacıyevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şəfa"dan ayrılan 28 yaşlı futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.
Hacıyev qarşısına çempionluq hədəfi qoyulan MOİK-lə razılığa gəlib. Tərəflərin yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcəkləri gözlənilir.
Xatırladaq ki, "hərbçilər" son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan komandanı hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul