
Ötən mövsümü Albaniyanın 1-ci Liqasında keçirən azərbaycanlı qapıçı Elməddin Məmmədovun karyerasını harada davam etdirəcəyi futbolsevərləri maraqlandırmaya bilməz. Geridə qalan "futbol ili"nin ilk yarısında sözügedən ölkənin 1-ci divizion komandası "Lüftetari"də, qış fasiləsindən sonra isə eyni liqada daha iddialı komandalardan "Poqradetsi"də keçirən qolkiperlə əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğunu soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırda Bakıdayam. Çempionatdakı mübarizəni 3-cü yerdə bitirən "Poqradetsi" ilə müqaviləmin müddəti başa çatıb. Düzü, Azərbaycanda oynamaq ehtimalım çox deyil. Hələ real təklif almamışam. Böyük ehtimalla, yenə ölkə xaricinə yollanacağam. Albaniyaya qayıtmaq variantı da var".
Toğrul