
"Hələ karyeramı bitirib-bitirməyəcəyimlə bağlı yekun qərarı verməmişəm".
Bu sözləri Fanat.Az-a açıqlamasında müdafiəçi İlkin Qırtımov deyib.
Son mövsümü 1-ci Liqa təmsilçisi "Zaqatala"da keçirən Azərbaycan millisinin sabiq üzvü əlavə edib: "Bu yay uyğun təklif olsa, oynaya da bilərəm. Həm də yeni kateqoriya almaq üçün oxuyuram. Oynamaq üçün münasib təklif gəlməsə, işləməyə başlamağım da mümkündü. Bu mənada hər şeyə yaxın vaxtlarda aydınlıq gələcək".
Xatırladaq ki, "Zaqatala" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 28 xalla 7-ci yerdə başa vurub.
Nihat