
Bu gün "Neftçi" ikinci yoxlama oyununa çıxacaq.
Fanat.Az-ın məlumatına görə, Sloveniyada təlim-məşq toplanışında olan "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Ukraynalı mütəxəssis Yuri Vernidubun çalışdırdığı kollektiv ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.
Xatırladaq ki, Misli Premyer Liqasındakı mübarizəni 59 xalla 4-cü pillədə tamamlayan "Neftçi" Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Nihat