
"Qarabağ" dan ayrılan qapıçı ötən mövsümü "qızıl dubl"la başa vuran "Sabah"a keçib.
Fanat.Az xəbər verir ki, söhbət Amin Ramazanovdan gedir.
Məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb. Ramazanovla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Amin ötən mövsümün ilk yarısını icarə əsasında 1-ci Liqa komandası "Zaqatala"da keçirmişdi. Ağdam klubu bu yay həm onunla, həm də əcnəbi qolkiper Fabian Buntiçlə əməkdaşlığa son qoyub.