
Misli Premyer Liqasında mübarizə aparan "İmişli" daha bir transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "pələnglər" "Kəpəz"dən ayrılan Fərid Nəbiyev rənglərinə bağlayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Nəbiyev oyunçu karyerası ərzində "Slaviya" (Praqa), "Viktoriya" (Jijkov), "Turan Tovuz" və "Səbail" klublarının formasını geyinib.