
Portuqaliyanın "Paredeş" klubundan ayrılan mərkəz müdafiəçisi Ruy Paşeku karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 189 santimetr boya malik arxa xətt oyunçusu "Şamaxı"ya keçib.
Yeni mövsümə Azər Bağırovun rəhbərliyi altında hazırlaşan "aslanlar" bu yay Emin Rüstəmov ("Karvan-Yevlax"), Sənan Muradlı ("Sumqayıt", icarə), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ"), Okan Təhməzli ("Qəbələ") və Hacıəli Şirəliyevin ("Difai") heyətə qatıldığını rəsmən açıqlayıblar.
Nihat