
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da növbəti sınağına çıxıb.
"Bayquşlar" səfərdə Uelsin TNS komandası ilə qarşılaşıb. Matç komandamızın qələbəsi ilə yekunlaşıb. Bakıdakı ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, "Sabah" növbəti raundda "KuPS" (Finlandiya) ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul
TNS – "Sabah" 1:2
Qol: Coy Lens Mikels, 29. Rəhman Daşdəmirov, 43. - J.Lok, 89.
Hakimlər: Mateu Buskets Ferrer, İniqo Prieto, Qonzalo Qarsiya, Miqel Anhel Ortis.
Osvestri. "Park Hall".
(ilk oyun - 0:2)
TNS: 1 Şeppard, 14 Uilyams, 16 Simeu, 6 Bodenhem, 10 Redmond (k), 21 Smit, 4 Korness, 15 Farrell, 8 Brobbel, 17 C. Uilyams, 20 Hyuz.
Ehtiyat oyunçular: 44 Cenkins, 7 Barton, 12 Qodsmark-Ford, 19 Klark, 22 D. Devis, 23 Nolan, 24 Nadin, 26 Fillips, 27 Kanavan, 31 Vullem, 34 Lok, 37 Ceffris.
"Sabah": 92 Stas Pokatilov (k), 27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov, 33 Erivaldo Almeyda, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 19 Aron Maluda, 20 Coy Lens Mikels, 21 Velko Simiç.
Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 11 Parris, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.