
"Beşiktaş" klubunun prezidenti "Arsenal"ın ulduzunu transfer etmək üçün Belçikaya gedir.
Fanat.Az "TRT Spor"-a istinadən xəbər verir ki, Sərdar Adalı Lenadro Trossardı heyətə qatmaq üçün danışıqlara başlayıb.
![]()
Trossard bu gün Bakı vaxtı ilə saat 21:30-da İstanbulda olacaq. Tərəflər arasında son detalların razılaşdırılmasından sonra futbolçunun tibbi müayinədən keçməsi və rəsmi müqavilə imzalaması gözlənilir. İstanbul nəhəngi sol cinah hücumçusu ilə əsas şərtlər üzrə anlaşıb.
Xatırladaq ki, Trossard bu mövsüm "topçular"ın heyətində 50 matça çıxıb. O görüşlər ərzində 8 qol, 10 asistlə özünü göstərib.
Əlisahib İbrahimli