14:10 14.07.2026 76

"Sabah" növbəti mərhələnin bir addımlığında - TNS bunu cəmi 1 dəfə bacarıb

"Sabah" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə cavab matçında üz-üzə gələcək. İlk matçda Uels təmsilçisi üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanan "bayquşlar"ı səfərdə nələr gözləyir? Rəqib evində nə qədər təhlükəlidir?

Fanat.Az-ın araşdırmasına görə, 2000-2001 mövsümündən Çempionlar Liqasında oynayan rəqibimizin təcrübəsi çox olsa da, gücünü şişirtməyə, Uelsdəki görüşdən çəkinməyə dəyməz.

Əvvəlcə qeyd edək ki, TNS avrokuboklarda 97 oyun keçirib. Bunun cəmi 20-də qələbə qazanan "müqəddəslər" 16 heç-heçəyə razılaşıb, 61 matçda isə məğlub olublar. Başqa sözlə, "Sabah"ın rəqibi beynəlxalq turnirlərdəki oyunlarından təxminən beşdəbirində rəqiblərini üstələyə bilib. Ev oyunlarına gəlincə, 48 matçda rəqiblərini ağırlayan Uels təmsilçisi bunun 13-də qələbə qazanıb, 12-də heç-heçə edib və 23-də uduzub. Faiz nisbəti ilə müqayisə etsək, TNS avrokuboklardakı oyunlarından cəmi 21 faizini qalibiyyətlə başa vurubsa, evdə bu rəqəm 27-yə bərabərdir. Yəni fərq o qədər də böyük deyil və 5-6 faizlik fərqə əsasən, rəqibə "ev komandası" demək doğru olmaz.

"Müqəddəslər"in Avropada ev oyunlarında əldə etdiyi nəticələrin son 5 illik statistik məlumatlarını təqdim edirik:

2021/2022 mövsümündə Konfrans Liqasına vəsiqə qazanan uelslilər 1-ci təsnifat mərhələsində Şimali İrlandiya təmsilçisi "Qlentoran"la səfərdə baş tutan ilk oyunda 1:1-lik heç-heçə edib, evindəki cavab görüşündə isə 2 top fərqi ilə (2:0) qalib gəlib. 2-ci təsnifat mərhələsində "Jalqiris"lə qarşılaşaraq hər iki görüşdə 5 qol atıb (səfərdə 5:0, evdə 5:1) növbəti mərhələyə vəsiqə qazanıblar. Daha sonra "Viktoriya Plzen"lə qarşılaşan TNS evdə 4:2 hesabı ilə qalib gəlib. Ancaq səfərdə 1:3 hesabı ilə uduzub. Mərhələni penalti seriyasında üstün olan çexiyalılar adlayıblar.

2022/2023 illərində mübarizəyə ÇL-də başlayan TNS "Linfild"ə öz meydanında 1:0 hesabı ilə qalib gəlsə də, rəqib meydanda qapısından 2 cavabsız top buraxaraq məğlub olub. Belədə mübarizəni Konfrans Liqasında davam etdirib və burada "Vikinqur"la bacarmayıb: səfərdə 0:2 uduzduğu rəqibi ilə evdə də bacarmayıb - 1:1.

2023/2024 mövsümündə "Hakken"lə üzləşən TNS hər iki matçda (1:3, 0:2) isveçlilərə boyun əyib. 

2024/2025-ci illərdə Çempionar Liqasına 1-ci təsnifat mərhələsindən başlayan TNS öz meydanında "Deçiç"lə qarşılaşıb. Uels təmsilçisi bu matçda 3:0 hesabı ilə qalib gəlib. Səfərdə 1:1 hesablı bərabərliyə nail olan "müqəddəslər" 2-ci təsnifat mərhələsinə keçməyi bacarıb. Burada "Ferentsvaroş"un rəqibi olan Uels çempionu ilk oyunda səfər matçında 0:5 hesabı ilə darmadağın olublar. Doğma meydanda isə 1:2-lik məğlubiyyət nəticəsində ÇL-dən kənarlaşıb. AL-də də uğursuz olan TNS ("Petrokub"a səfərdə 0:1 uduzub, evdə 0:0 edib) KL-ə düşüb. Pley-offda Litva "Panevejis"ini iki oyunun nəticəsinə görə (səfərdə 3:0, evdə 0:0) mübarizədən kənarlaşdıran "Sabah"ın rəqibi KL-in qrupuna yüksəlməyi bacarıb. Liqa mərhələsində isə cəmi 1 qalibiyyət (evdə "Astana"nı 2:0 yenib) əldə edən Uels təmsilçisi digər 5 görüşün hamısını məğlubiyyətlə başa vurub.  

2025/2026 mövsümünə gəlincə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sına "ələnən" TNS (evdə 0:0, səfərdə 1:2) Konfrans Liqasında da uğursuz olub. Lüksemburq "Differdanj"ına evdə 0:1 uduzan "müqəddəslər" səfərdə 0:2 uduzublar. 

Ümumiyyətlə, TNS avrokubokda debüt etdiyi 1996–97 mövsümündən bu yana cəmi 1 dəfə səfərdə keçirdiyi ilk oyunda uduzduğu rəqibini cavab görüşündə mübarizədən kənarlaşdıra bilib. Bu, 2010–2011 mövsümünə təsadüf edib. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya "Bohemians"ına səfərdə 0:1 uduzan Uels təmsilçisi evdə amansız olub - 4:0. 

Beləliklə, ölkə təmsilçimiz 2 top öndə başlayacağı matçda qalibiyyətə daha yaxın olan tərəfdir.  

Qeyd edək ki, bugünkü görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

14 İyul 2026
15:12

Bakı klubunun büdcəsi 2 dəfədən çox azaldıldı

14:48

Yusif Nəbiyevin yeni klubu bilindi

14:30

Həyat yoldaşını döyən Nihat Kahveçi saxlanıldı

14:10

"Sabah" növbəti mərhələnin bir addımlığında - TNS bunu cəmi 1 dəfə bacarıb

13:02

PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib

12:45

Fransa - İspaniya duelində kim daha şanslıdır? - STATİSTİKA

12:28

Azərbaycan güləşçiləri ilin son reytinq turnirində mübarizə aparacaqlar

12:10

"Fənərbağça" "Olimpik Marsel"in ulduzunu transfer etdi - SON DURUM

11:48

Bayıl stadionunda yenidənqurma işləri davam edir - Uşaq futbolu üçün bazaya çevriləcək arenadan FOTOLAR

11:30

ÇL: Bu gün 2-ci mərhələyə adlayacaq 10 komanda müəyyənləşir

11:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:53

Yusif İmanov Premyer Liqa klubunda - RƏSMİ

10:34

İstanbul nəhəngi "Arsenal"ın ulduzu ilə razılığa gəldi

10:13

Messi mundialın ən yaxşı oyunçusu seçildi - "10-luq"

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

Çempionlar Liqası: "Sabah" Uelsdə sınaq qarşısında

09:00

DÇ-2026: Bu gün ilk finalçının adı bəlli olacaq

02:11

"Şəfa"nın heyətdə saxlamadığı Elvin bu klubla müqavilə bağlayır

01:43

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

01:14

"Qarabağ" azarkeşlərini ayağa qaldıran sözlər: "Bu loqo ilə debüt etdiyim üçün..."

00:41

200 milyonluq ulduz "kral klubu"na transfer olunacaq?

13 İyul 2026
23:58

DÇ-2026: Mayamidə bayram, Londonda dava

23:16

"Şamaxı" portuqaliyalı müdafiəçini heyətinə qatdı

22:43

İsveçrəli istedad 70 milyona "Aston Villa"da

22:15

Dortmundlu Xulian Brandt İstanbul yolunda

21:43

"Neftçi" Xorvatiya təmsilçisinə məğlub oldu

21:15

"Kəpəz" braziliyalı qapıçı ilə gücləndi

20:41

"Mançester Yunayted"dən 50 milyonluq transfer

20:06

"Ronaldu nə milli, nə də mənim üçün heç vaxt problem olmayacaq"

19:43

Güləş üzrə U-17 dünya çempionatının loqosu təsdiqləndi

19:08

İtaliya klubu "Qalatasaray"ın müdafiəçisini aparır

18:41

"Mançester Yunayted" belçikalı ulduzu transfer etdi

18:03

Musa Qurbanlının son vəziyyətinə aydınlıq gəldi

17:40

Elgiz Kərəmli "Mingəçevir"ə "yox" deməsinin səbəbini açıqladı

17:22

"Qarabağ" "Vestri" ilə səfər matçına neçə itki ilə çıxacaq?

17:06

MOİK serb yarımmüdafiəçi ilə anlaşdı

16:48

Renat Azərbaycan millisinin digər futbolçusu ilə komanda yoldaşı olmağa yaxındır

16:30

"Məni heç nə yolumdan döndərə bilməz" - Konor Makqreqor

16:11

"Mingəçevir"in taleyinə aydınlıq gəldi

15:53

"Qalatasaray" yeni ulduzunun gəlişini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X