
Azərbaycan Premyer Liqasında yeni mövsümə iddialı hazırlaşan "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qərb təmsilçisi nigeriyalı hücumameylli yarımmüdafiəçi Olabiran Blesinq Muyivanı (Benito) komandanın düşərgəsinə, baxışa dəvət edib.
Təcrübəli legioner artıq komandanın məşqlərinə qoşularaq fiziki və texniki keyfiyyətlərini nümayiş etdirmək fürsəti əldə edib. Əgər 27 yaşlı futbolçu baş məşqçi Azər Məmmədovun ümidlərini doğrultsa və məşqçilər korpusunun rəğbətini qazanarsa, onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Benito karyerası ərzində "Dinamo Kiyev", "Tambov", "Olimpik Daşkənd" kimi müxtəlif xarici klublarda çıxış edərək beynəlxalq təcrübə toplayıb. Qərarın gələn həftə ərzində rəsmiləşəcəyi gözlənilir.
Kamil Xudiyev