
"Araz-Naxçıvan"ın legioneri Şarl Boli Misli Premyer Liqasının 1-ci turunda "İmişli"yə qarşı keçirəcəkləri oyunu kənardan izləyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2 həftə öncə məşqdə xəsarət alan vinger təxminən daha 10 gün komandasına kömək edə bilməyəcək.
"Araz-Naxçvan" - "İmişli" qarşılaşması avqustun 15-də baş tutacaq. Qəbələ şəhər stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səsləndiriləcək.
Xatırladaq ki, Naxçıvan təmsilçisi yeni mövsümə Cavid Hüseynovun rəhbərliyi altında hazırlaşır.
Nihat