
"Turan Tovuz"dan ayrılan müdafiəçi Şəhriyar Əliyevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli arxa xətt oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək.
Şəhriyar artıq MOİK-lə razılığa gəlib. "Hərbçilər" sözügedən futbolçu ilə bu gün müqavilə bağlayacaqlar. Sazişin 1 mövsümü əhatə edəcəyi gözlənilir.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.
Nihat