
Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümü başlayır.
Fanat.Az xəbər verir ki, bu, Azərbaycanın 35-ci milli çempionatı olacaq.
Açılış turu Tovuzda start götürəcək. İlk oyun günündə baş tutacaq yeganə qarşılaşmada “Turan Tovuz” ilə “Qəbələ” üz-üzə gələcəklər. Saat 19:30-da başlayacaq görüşün baş hakimi FİFA referisi Tural Qurbanov olacaq.
Tur 4 günü əhatə edəcək. “Araz-Naxçıvan” “İmişli” ilə, “Sabah” “Kəpəz”lə avqustun 15-də qarşılaşacaq. Bazar günü “Sumqayıt” “Neftçi”ni, “Zirə” “Şəfa”nı qonaq edəcək. Avqustun 17-də, ilk turun son oyununda isə “Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq.
Misli Premyer Liqası
1-ci tur
14 avqust
“Turan Tovuz” – “Qəbələ” 0:0 (ilk hissə)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu.
“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev 21. Stiv Beusnar
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 81. Samir Ağayev 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov