
“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda 4-cü tura start götürüb.
Fanat.Az turun ilk günündə 3 oyun keçirilib.
Bir vaxtlar akademiyası ilə öyünən "Qəbələ" "Ulduz"a böyük hesabla uduzub. "Neftçi" isə EFA-nı minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı "Zirə" - "Sumqayıt" qarşılaşmasında isə sevinən tərəf "qartallar" olub.
U-15
4-cü tur
13 avqust
“Qəbələ” - “Ulduz” 0:6
Qollar: Asif Allahverdizadə, 31. Müşfiq Zamanov, 45. Yusif Əlizadə, 54, 61. Yusif Kərimli, 57. Rəsul Qurbanlı, 80+1.
EFA – “Neftçi” 1:2
Qollar: Hüseyn Novruzlu, 27-pen. - Sultan Orucov, 8-pen. Əkbər Nağıyev, 20-pen.
“Zirə” – “Sumqayıt” 3:2
Qollar: Əli Hüseynov, 33, 53. Məhəmməd Hüseynli, 34 - Elcan Quliyev, 66. Abdulla Tahirli, 80+3.
Bu gün müvafiq yaş qrupunda tura yekun vurulacaq:
U-15, IV tur
14 avqust
“Marafon” – “Dinamo”
“Sabah” – “Zəngəzur”
“Rekord” – “Qarabağ”