
Misli Premyer Liqasında 1-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün bir qarşılaşma ilə start götürən çempionatın ikinci oyun günündə daha 2 görüş baş tutacaq.
Əvvəlcə "Araz-Naxçıvan" ilə "İmişli" üz-üzə gəliblər. Qəbələdə keçirilən oyunda qapılar toxunulmaz qalıb. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun Cavid Hüseynovun "Araz-Naxçıvan"da, Fərid Namazovun isə "İmişli" ilə Premyer Liqada ilk rəsmi sınağı olub.
Günə Masazırda yekun vurulacaq. Son çempion "Sabah" "Kəpəz"i qonaq edəcək. Gələn həftəiçi Çempionlar Liqasında "Hapoel Beer-Şeva" (İsrail) ilə pley-off matçı üçün Macarıstana yollanacaq "bayquşlar"ın çempionat oyununa necə heyətlə çıxacağı maraq doğurur.
Premyer Liqanın açılış matçında "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə yenib. Dörd günü əhatə edəcək edəcək tur çərçivəsində bazar günü “Sumqayıt” “Neftçi”ni, “Zirə” “Şəfa”nı qonaq edəcək. Avqustun 17-də, ilk turun son oyununda isə “Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq.
Misli Premyer Liqası
1-ci tur
15 avqust
“Araz-Naxçıvan” – “İmişli” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto 7. Rövlan Muradov 29. Ceyhun Nuriyev 8. Mustafa Əhmədzadə 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes 19. Abdallah Sudi
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 2. Abdulla Rzayev 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 27. Boyan Letiç 36. Mamadu Kane
“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 29. Edvin Banquera 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 10. Dioqo Kardozu 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 60. Ayxan Abbaszadə 17. Seyxan Fərəcov 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 8. Xuan Hernandes 42. Sebai Senin
“Sabah” – “Kəpəz” 0:0 (fasilə)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Masazır. “Bank Respublika Arena”.
“Sabah”: 95. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov (k) 6. Abdulax Xaybulaev 11. Kahim Parris 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 4. Eyden Makkarti 23. Yunes Laşaab 8. Kristian Nvaçukvu 35. Cafet Bulus
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 12. Rauf Əyyubov 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 16. Rauf Rüstəmli 20. Coy Lens Mikels 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 34. Ksander Severina 7. Umarali Raxmonaliyev
“Kəpəz”: 1. Rojerio Santos 34. Urfan Abbasov 7. Namik Ələskərov 99. Əli Səmədov (k) 29. Dioqo Verdaska 9. Kennet Kalunqa 21. Azuma Abubakar 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 77. Nicat Nəmmədov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov