
Misli Premyer Liqasında 1-ci tura bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, mövsümün açılış turunun son oyununda “Qarabağ” ilə “Şamaxı” üz-üzə gəliblər.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matç Ağdam təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tur çərçivəsində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Zirə" "Şəfa"nı (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) üstələyib, "Araz-Naxçıvan" ilə "İmişlinin duelində qalib müəyyənləşməyib (0:0).
Misli Premyer Liqası
1-ci tur
17 avqust
“Qarabağ” – “Şamaxı” 3:1
Qol: Renaldo Sefas, 28. Rikardo Apolinario, 59-öz qapısına. Aleksey Kaşuk, 85. - Edqar Adilxanov, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
“Qarabağ”: 99. Mateus Koxalski 22. Musa Qurbanlı 20. Kadi Borqes (k) 2. Mateus Silva 5. Bruno Lanqa 9. Joni Montiel 29. Renaldo Sefas 25. Cebrail Makreçkis 7. Jali Muaddib 88. Samuel Lobato 4. Bense Varkonyi
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 32. Hikmət Cəbrayılzadə 49. Əli Bəşirov 8. Marko Yankoviç 18. Dani Bolt 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ