
1-ci Liqa təmsilçisi MOİK-in yeni mövsümdə ev oyunlarını Xankəndidə keçirmək qərarına gəldiyini, ardından sözügedən klubun rəsmilərinin Qarabağa yollanaraq stadionla tanış olduğunu diqqətinizə çatdırmışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, nazirlik komandası sentyabrın 3-də başlayacaq çempionatın ilk turlarında rəqiblərini Binə qəsəbə stadionunda qəbul edəcək.
Belə ki, hazırda Xankəndidəki stadionda müəyyən təmir-tamamlama işləri gedir. Proses yekunlaşandan sonra "hərbçilər" ev oyunlarına Xankəndidə çıxacaqlar. Onu da vurğulayaq ki, MOİK bütün hallarda, paytaxtda məskunlaşacaq.
Toğrul