
Misli Premyer Liqasının 3-cü turunda "İmişli"ni qəbul edəcək "Şəfa"nın heyəti ilə bağlı son durum məlumdur.
Bu barədə Fanat.Az-a Bakı təmsilçisinin sözçüsü Heybət Məmmədov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Arsen Ağcabəyovun "İmişli"yə qarşı oynayıb-oynamayacağı isə sual altındadır. Ağcabəyovun müəyyən zədəsi var. Meydana çıxıb-çıxmayacağına oyun günü qərar veriləcək".
"Şəfa" - "İmişli" qarşılaşması avqustun 29-da keçiriləcək. Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq görüşün start fiti 20:15-də səsləndiriləcək. "Hepardlar"ın 3, "pələnglər"in isə 1 xalı var.
Nihat