
UEFA Konfrans Liqasının pley-off mərhələsinin Niderlandda baş tutan ilk oyununda "Tvente"ni 1:0 hesabı ilə məğlub edən "Qarabağ" bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Enshede təmsilçisi ilə cavab matçına çıxacaq.
Ağdam klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "köhlənlər"in baş məşqçisi Qurban Qurbanov saat 20:00-da start götürəcək qarşılaşmada 3 futbolçunun xidmətindən yararlana bilməyəcək:
Sol cinah hücumçusu Renaldo Sefas, sol cinah müdafiəçisi Elvin Cəfərquliyev və uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan forvard Zakaria Savo zədə səbəbindən görüşü kənardan izləyəcək.
Nihat