
"Şirvan" bu yay heyətini gücləndirib. Çempionluq uğrunda oynayan komandalara başağrı olacaqlar. "Qaradağ-Lökbatan" da yüksək yerlər uğrunda mübarizə apara bilər. Amma çempionluğa əsas namizəd "Marafon"dur".
Bu sözləri Fanat.Az-a açıqlamasında bu yay "Qaradağ Lökbatan"ın baş məşqçi postundan ayrılan Qəzənfər Abbasov deyib.
O, sentyabrın 3-də start götürəcək 2-ci Liqanın favoritləri ilə yanaşı, orta yerlərdə qərarlaşacağını güman etdiyi komandaların da adlarını çəkib: "Zəngəzur", "Hypers" və "Dinamo"nun yekunda ilk "6-lıq"da olması mümkündür. Mənim üçün qaranlıq olan "Difai"dir. "Difai" Birinci Liqadan düşmüş komandadır. İndiki heyətləri barədə dəqiq məlumatım yoxdur. Legionerləri olsa, daha yaxşı təsir bağışlayacaqlar. Hərçənd çempionluğa namizəd deyillər. Adlarını çəkmədiklərim isə sonuncu olmamaq uğrunda mücadilə edəcəklər".
Nihat