
“Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Bayer Leverkuzen"dən Ernest Pokunun transferini rəsmən elan edib.
22 yaşlı niderlandlı cinah hücumçusu müəyyən şərtlər əsasında satınalma maddəsi nəzərdə tutulan icarə müqaviləsi ilə İstanbul klubunda forma geyinəcək.
Poku transferlə bağlı danışıqları yekunlaşdırmaq və tibbi müayinədən keçmək üçün daha əvvəl İstanbula yollanmışdı.
Qeyd edək ki, Ernest Poku 2025-ci ilin yayında AZ Alkmaar klubundan “Bayer Leverkuzen”ə transfer olunub. Almaniya təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan 22 yaşlı futbolçu ötən mövsüm 45 qarşılaşmada 5 dəfə fərqlənib.
Əlisahib İbrahimli