
Misli Premyer Liqasının 3-cü turunda ev oyunlarını keçirdiyi Qəbələdə "Sabah"ı qəbul edəcək "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, heyətdə cəzalı oyunçu yoxdur.
Baş məşqçi Cavid Hüseynovu zədəlilər də qayğılandırmır. Artıq Rövlan Muradovun da zədəsini tam sağaldaraq sıraya döndüyü və onun "bayquşlar"la görüşdə meydana çıxmaq ehtimalının yüksək olduğu bildirilib.
Xatırladaq ki, "Araz-Naxçıvan" - "Sabah" qarşılaşması avqustun 31-də baş tutacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 18:00-da səsləndiriləcək.
Nihat