
"Beşiktaş"ın sabiq futbolçusu Maharafa Tandina karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı malili yarımmüdafiəçi 1-ci Liqa təmsilçisi MOİK-ə qoşulacaq.
İstanbul nəhənginin U-21 və U-23 komandalarında çıxış etmiş Tandina ilə 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, nazirlik klubu bir müddət öncə "Araz-Naxçıvan"ın kolumbiyalı yarımmüdafiəçisi Alexandro Herreranı da icarəyə götürüb. MOİK ilk turda "Şahdağ Qusar"a 0:1 hesabı ilə məğlub olub.
Nihat