
Təcrübəli hücumçu Kərim Benzemanın keçmiş klubu "Lion"a gözlənilməz qayıdışı son anda gerçəkləşməyib.
Fanat.Az "L'EQUIPE" nəşrinə istinadən xəbər verir ki, fransalı ulduz bu mövsüm doğma komandasında pulsuz çıxış etməyə tam hazır idi.
"Lion" rəhbərliyi də hücumçunu 1 illik müqavilə ilə heyətə qatmaq variantını ciddi şəkildə nəzərdən keçirib.
Lakin Benzemanın Səudiyyə Ərəbistanı Pro Liqası ilə 2030-cu ilin iyununa qədər olan müqaviləsi bu transferin baş tutmasına mane olub.
Nəticədə ulduz futbolçunun Fransaya dönüşü hüquqi şərtlər səbəbindən reallaşmayıb.