
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.
Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, mundiala hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı baş tutacaq.
Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək.
Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşdiriləcək.
Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq görür.
Milli komandanın təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı belədir:
| Ad, Soyad | Klub |
| Oqtay Mehrəliyev | Qarabağ FK |
| Daniil Bayramari | Qəbələ İK |
| Məhəmməd Ağamalıyev | Qarabağ FK |
| Abbas Məmmədli | Qarabağ FK |
| Asif Allahverdizadə | Ulduz FA |
| Emil Quliyev | Neftçi PFK |
| Teymur Quliyev | Ulduz FA |
| Əkbər Nağıyev | Neftçi PFK |
| Kənan Əzimov | Neftçi PFK |
| Həsən Məhmədov | Sabah FK |
| Murad Zeynallı | Ulduz FA |
| Səbran Muradlı | Qarabağ FK |
| Müşfiq Zamanov | Ulduz FA |
| Xalid Soltanov | Qəbələ İK |
| Ömər Allahverdiyev | Turan Tovuz PFK |
| Səbuhi İbrahimli | Ulduz FA |
| Yusif Əlizadə | Ulduz FA |
| Həsən Ramazanov | Sabah FK |
| Murad Məmmədzadə | Sabah FK |
| Nihad Bəylərli | Ulduz FA |
| Əli Hacıyev | Sabah FK |
| Həsən Müşfiqzadə | Qarabağ FK |
| Ramil İsmayıllı | Karvan FK |
| Maksim Adamov | Neftçi PFK |
| Amin Tağıyev | Qarabağ FK |
Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda keçiriləcək.