
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı forvard Ukraynanın "Bukovina" komandasında oynayacaq.
Klubun mətbuat xidmətinin məlumatına görə, ön xətt oyunçusu 1+1 illik müqaviləyə imza atıb.
Son olaraq Polşada “Motor” klubunda çıxış edən Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da top qovub.
Toğrul