
Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"ı qəbul edəcək "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Məlumatı Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə verib:
"Uzun müddətə sıradan çıxdıqları öncədən bilinən və adları iştirak ərizəsinə salınmayan futbolçuları - qapıçı Maykl Kleytonla müdafiəçi Enrike Kustodionu nəzərə almasaq, başqa zədəli və ya cəzalı yoxdur".
Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı sentyabrın 13-də keçiriləcək. Zirə İK stadionunda baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat