
Misli Premyer Liqasının 5-ci turunda "Zirə"nin qonağı olacaq "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı açıqlanıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yarımmüdafiəçi Kadi cəza səbəbindən bu qarşılaşmanı kənardan izləyəcək.
Komanda ilə məşqlərə başlayan hücumçu Zakaria Savo müalicəsi davam edirsə, zədəli sol cinah yarımmüdafiəçisi Elvin Cəfərquliyevin də meydanda olmayacağı dəqiqdir.
Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı sentyabrın 13-də keçiriləcək. Zirə İK stadionunda baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat