
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 5-ci turu çərçivəsində Yevlaxda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"2:0 önə keçdikdən sonra hesab bərabərləşirsə, bu yaxşı hal deyil. Çünki belə vəziyyətdə oyunu davam etdirmək daha çətin olur. Ona görə də futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur. Eyni səhvləri təkrarlamamalıyıq. Bu haqda yenə danışacağıq. Bir daha belə səhvlər etməməliyik. Xüsusilə nəzərə alaq ki, buraxdığımız hər iki qol yersiz idi. Ən yaxşı amillərdən biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi".