
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə sentyabrın 21-dən 23-dək Bayıl Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Toplanış çərçivəsində gənc futbolçuların hazırlıq səviyyəsi və potensialı dəyərləndiriləcək.