
"Sumqayıt"ın milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə ilə bağlı planları açıqlanıb.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Komanda sabah yığışacaq. Səkkiz futbolçu müxtəlif millilərə dəvət aldığı üçün hazırlığa əvəzedici komandadan bir neçə oyunçunun cəlb edilməsi planlaşdırılır. Yoxlama görüşü nəzərdə tutulmayıb".
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Filipe Kandidunun rəhbərlik etdiyi "Sumqayıt" hazırda 2 xalla turnir cədvəlinin 11-ci pilləsində mövqe tutub. Sonuncu - 12-ci yerdəki "Araz-Naxçıvan"ın da 2 xalı var.
Nihat