
"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi növbəti məğlubiyyətdən sonra komandasının problemini açıqlayıb.
Fanat.Az xəbər verir ki, London təmsilçisi şənbə günü keçirilən Premyer Liqa matçında evdə "Aston Villa"ya məğlub olub (2:3).
"The Touchline" italiyalı mütəxəssisin oyunla bağlı fikirlərini belə təqdim edib:
"Heç vaxt belə komanda görməmişəm. Bu qədər incə, bu qədər qeyri-sabit... Ya yaxşı ola bilərsən, ya da pis. Ancaq ilk 30-40 dəqiqə ərzində ən yaxşı formada olub sonra da belə dağıla bilməzsən".
"Tottenhem" cari İngiltərə Premyer Liqasında ilk 5 oyunda cəmi 2 xal toplayıb.