"Neftçi” iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Klubdan Fanat.Az-a verilən məlumata görə, çilili İqnasio Errera və fransalı Uqo Barqas mövsümün sonunadək "ağ-qaralar”ın uğurları üçün çalışacaq.
Hər iki futbolçu ilə anlaşma bu gün imzalanıb. Həm Errera, həm də Barqasla bundan əvvəl bağlanmış müqavilənin müddəti bu ilin dekabrda sona çatırdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol