Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Trabzonspor” klubuna başçılıq edə bilər. Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis istefaya göndərilən Ersun Yanalı əvəzləməyə namizədlər arasında olduğu deyilir.
Ötən gün evdə "Akhisar Bələdiyyəspor"a 1:6 hesabı ilə yenilən Trabzon təmsilçisi hazırda 9 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşıb və bu səbədən baş məşqçi istefaya göndərilib. Onu əvəzləməyə namizədlər sırasında belçikalı Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Türkiyə yığmasından ayrılan Fatih Terimlə yanaşı, xorvatiyalı baş məşqçinin də adı hallanır.
Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan millisi ilə üçillik müqaviləsinin müddəti dekabrda başa çatır. O, 2012/2013 mövsümündə Türkiyənin "Kayserispor” komandasının baş məşqçisi olub.
Fanat.Az