"Neftçi"nin qapıçısı Səlahət Ağayev Türkiyədən qayıdıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, qardaş ölkədə bərpa dönəmini uğurla başa vuran əlcək sahibi məşqlərə başlayıb.
Qolkiper bir müddət fərdi çalışmalarla kifayətlənmək məcburiyyətindədi. Dəqiqləşdirsək, o, 2 həftədən sonra kollektiv çalışmalara qatıla biləcək.
Qeyd edək ki, Səlahət sentyabrın 15-də baş tutan "Zirə"ylə oyunda zədələnmişdi.
Fanat.Az