"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində aktivinə ilk xalı yazdırıb. Fanat.Az xəbər verir ki, İspaniyanın "Atletiko" klubu ilə heç-heçə Ağdam təmsilçisinə pul da qazandırıb.
Belə ki, UEFA qrup mərhələsində hər qələbəyə görə klublara 1.5 milyon, heç-heçə üçün 500 min avro mükafat verir. Madrid təmsilçisi ilə heç-heçə "Qarabağ"ın 500 min avro əldə etməsi ilə nəticələnib.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaqla digər 31 iştirakçı kimi 12.7 milyon avro qazanmışdı.
Fanat.Az