18:46 21.10.2017 1713

Şahin Diniyev: “Bu nəticələr Gəncənin adına layiq deyil”

"Uduzsaq da, komandadan razı qaldım. Standart vəziyyətdən qol alındı. Oturuşmuş müdafiəni yara bilmədilər. Futbolçularımız istəkli idi, lakin alınmadı. Onlara görə mən məsuliyyət daşıyıram. Sonadək mübarizə aparmalıyıq. Hər dəfə 3-4 yeni futbolçu meydana çıxır. Sabit heyət axtarışındayıq. Futbolçuların üzərinə getmək düzgün deyil. Çox işləməliyik".

Bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Gəncədə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

- Bir epizodda futbolçular penalti tələb etsələr də, referi təyin etmədi. Hakimlikdən razı qaldınız?
- Penalti epizoduna baxmamışam. Baxdıqdan sonra qərar verə bilərəm. Uzaqdan gördüm, amma bu, qərar vermək üçün əsaslı deyil.

- Uğursuzluqlar səbr kasasını nə zaman daşıracaq?
- Şahin Diniyevdən əvvəl "Kəpəz" azarkeşləri var. Bu nəticələr Gəncənin adına layiq deyil. Mən də bununla barışmayacağam. Başımızı aşağı salıb işləməliyik. Dekabradək xallar yığmalıyıq. Sonadək vuruşacağıq. Getmək asandır, amma bu, çıxış yolu deyil.

- Sabit oyun sərgiləyə bilməməyinizin səbəbi nədir?
- Sabit heyət olmadığı üçün sabit oyun da yoxdur. Bu, dekabradək davam edəcək. Qoldan sonra ustalığımız çatmır ki, bərabərlik topunu vuraq. Belə vəziyyətlə barışan deyiləm. Futbolçularımız çalışdılar. Onlara dedim ki, əl-ələ verib vəziyyətdən çıxmalıyıq. Hərçənd, vəziyyət çox acınacaqlıdır.

- "Kəpəz"in elə də güclü heyətə malik olmadığı dəqiqdir. Şahin Diniyev qışda dəyişiklik olacağına inanır?
- Kaş "Neftçi"nin ehtiyat heyətindəki oyunçulardan 3-4-ü məndə olardı. Belə vəziyyətlərdə komandanı atıb getmək çox asandır. Belə kollektivlə işləməyi qəbul etmişəmsə, palçığa batmışamsa, sonradan gedib "vəziyyət belə idi" demək düz deyil. Birinci dövrədən sonra azad futbolçu, kiməsə lazım olmayan oyunçu olacaqsa, götürəcəyik. Oyundan-oyuna artıracağımıza ümid edirəm. Burada sözümü deyirəm. Mayda da bir daha sözümü deyəcəyəm. Psixoloji gərginlik uğursuzluqlara gətirib çıxarıb. Amma hər uğursuzluqda bir uğur var.("Report”)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası:Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

18:47

Zaman Zamanlı "Zaqatala"da

18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

Facebookdan bizi izləməyi unutmayın.
X